Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 120 min 575 məqalə var.
Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.
Son bir həftədə Azərbaycan dilində vikipediya (Azviki) iki pillə irəliləyiş əldə edib. Bir necə gün bundan əvvəl hind dilində olan vikipediyanı keçərək 55 pillədə qərarlaşan Azviki dünən Volapük dilində olan vikipediyanı da keçərək 54-cü pilləyə yüksəlib. Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.
MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.

Kəmalə Rəhimli