Filippinin nüfuzlu “The Manila Times” qəzeti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında məqalə dərc edib.
Azərbaycanın İndoneziyadakı səfirliyindən Tehsil-press.az-a verilən məlumata görə, məqalədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Bakı Prosesi-Qlobal Multikulturalizmə töhfə” başlıqlı Bakı Prosesinə həsr olunmuş beynəlxalq foto və məqalə müsabiqəsi təşkil etməsi haqqında bəhs edilib. Bakı Prosesi haqqında məlumat verilib, onun təsis olunma tarixi, məqsədi və əhəmiyyəti barədə oxuculara yığcam təqdimat verilib.
Bakı Prosesinin əsas rolları olaraq, mədəniyyət siyasəti, fərqli region və mədəniyyətlər arasında anlayışın təşviqatına dair fəaliyyəti qeyd olunub. Fərqli mədəniyyətlərə qarşı dözümlülük və qarşılıqlı hörmət baxımından Azərbaycanın həm Avropa, həm də Asiya ölkələrinə nümunə olduğunu bildirən müəllif ölkəmizin hər iki qitənin arasında yerləşdiyini və buna görə də beynəlxalq ictimaiyyəti multikulturalizm mövzusuna cəlb etməyə çalışdığını vurğulayıb.
Tehsi-press.az