Bolqarıstanın nüfuzlu “Standard” qəzeti Bakı Slavyan Universitetinin (BSU) 70 illik yubileyi barədə məqalə yayıb. Məqalədə universitetin tarixi, buradakı kafedralar, tədris edilən ixtisaslar, xarici universitetlərlə, xüsusilə Bolqarıstanın ali məktəbləri ilə əlaqələri, BSU-dakı Bolqar Dili Mərkəzinin fəaliyyəti, bolqar dilini öyrənən tələbələr barədə məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda, Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın universitetin 70 illik yubileyində iştirakı, “Standart” qəzetinin redaktoru S.Bozukovanın Bakıya səfəri çərçivəsində universitetdə görüşləri, “Bolqarıstan möcüzələri” kampaniyasının təqdimatı barədə məlumat məqalədə yer alıb.
BSU-nun Mətbuat Xidməti