Əflatun Amaşov: Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir

Əflatun Amaşov: Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir “Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir”.
Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.
Ə.Amaşov bildirib ki, reket jurnalistlər kimlərdənsə dəstək alırlar: “Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir. Lakin Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar”.
O əlavə edib ki, belə olarsa medianın adından sui-istifadə halları azalar: “Medianın özü də bundan maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Ona görə də Mətbuat Şurası ilə bağlı qanun layihəsinin qəbul edilməsinə, onun statusunun dəyişdirilməsinə ehtiyac var”.

Təhsil-press.az

Oxşar xəbərlər