Bakı məktəblərində təhsil alan əcnəbi şagirdlərin bölgələrə ekskursiyaları təşkil olunub.
Ekskursiyaların təşkilində əsas məqsəd paytaxt məktəblərində oxuyan əcnəbi şagirdləri Azərbaycanın bölgələri, tarixi və mədəniyyət abidələri ilə əyani və yaxından tanış etməkdir.
Üçgünlük səfər “CB Travel” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Paytaxt məktəblərində təhsil alan almaniyalı Viki Leoni Sofiya və Volf Kristina, slovakiyalı Çuda Zuzana əvvəlcə Xızı rayonunda Mikayıl Müşfiqin ev-muzeyində və Altıağac dövlət qoruğunda olublar.
Daha sonra əcnəbi şagirdlər Quba və Mingəçevirin tarixi və görməli yerləri ilə tanış olublar. Onlar, həmçinin Kür çayında gəmi ilə gəzintiyə çıxıblar. Səfərdən xoş təəssüratla ayrılan əcnəbi şagirdlər bu ekskursiyaların onların Azərbaycan haqqında daha dolğun məlumat almalarına kömək etdiyini bildiriblər.
Kəmalə Rəhimli