Azərbaycanda təhsil alan xarici tələbələr Qarabağ həqiqətləri barədə məlumatlandırılıblar

Azərbaycanda təhsil alan xarici tələbələr Qarabağ həqiqətləri barədə məlumatlandırılıblar Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq” mövzusunda tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə erməni təcavüzkarları tərəfindən faciəvi şəkildə qətlə yetirilmiş Xocalı qurbanlarının görüntülərini əks etdirən slayd nümayiş etdirilib, universitetdə təhsil alan əcnəbi tələbələr ingilis və rus dillərində Qarabağ müharibəsi və erməni separatizmi haqqında məlumatlandırılıblar.
Çıxış edənlər tədbirin məqsədinin əcnəbi tələbələri Qarabağ həqiqətləri ilə tanış etmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda bu tədbiri mühüm addım kimi qiymətləndiriblər.
BSU-da təhsil alan əcnəbi müəllim və tələbələr Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını və bu mübarizədə qalib gələcəyinə inandıqlarını bildiriblər.

BSU-nun Mətbuat Xidməti


Azərbaycanda təhsil alan xarici tələbələr Qarabağ həqiqətləri barədə məlumatlandırılıblar

Oxşar xəbərlər