Təhsil müəssisələrində işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi yekunlaşıb

Təhsil müəssisələrində işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi yekunlaşıb Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb.
Bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrin test imtahanlarında müəyyənləşdirilmiş keçid balını toplayan namizədlərdən 245-i vakansiya seçimini edib. Onlardan 35-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 60-ı uşaq birliyi təşkilatı rəhbəri, 150-si laborant olmaq istəyənlərdir.
Vakansiya seçimini etmiş namizədlər yaxın vaxtlarda müsabiqələrin müsahibə mərhələsinə dəvət olunacaqlar.
Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 21, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 39 (16 daimi, 23 müvəqqəti xarakterli), laborant vəzifəsi üzrə 157 (75 daimi, 82 müvəqqəti xarakterli), ümumilikdə 217 vakansiya seçim üçün namizədlərə təqdim edilib. Hər bir namizədə beş vakant yer seçmək imkanı verilib.

Tehsil-press.az

Oxşar xəbərlər