Cabbarov Məmmədovdan danışdı - “Artıq ödəmələr tələb edilib”

Cabbarov Məmmədovdan danışdı - “Artıq ödəmələr tələb edilib” Bu gün sahibkarlarla görüş keçirən Vergilər naziri Mikayıl Cabbarov konfransdakı çıxışı zamanı sələfi Fazil Məmmədovun fəaliyyətinə də qiymət verib.
M.Cabbarov bildirib ki, ötən illər ərzində Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib və bu yolun həm müsbət, həm mənfi səhifələri olub:
“Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılıb, “çağrı mərkəzi”, “bir pəncərə” dövlət xidmətlərinin əsası bu Nazirlikdə qoyulub.
Mənfi səhifələrinə gəldikdə – vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilib və bunun nəticəsində audit institutu əhəmiyyətini itirib. Plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib. Bu ödəmələrin həcmi ilbəil artıb, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılıb.
Özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən qəbuledilməz metodlar tətbiq edilib, ədalətlilik prinsipləri pozulub. Vergi ödəyicələrinin “özününki” və “özgə” kateqoriyalarına bölünməsi kimi xoşagəlməz halları qeyd etmək olar”.
Xatırladaq ki, 17 il Vergilər naziri olan Fazil Məmmədov 2017-ci il dekabrın 5-də vəzifəsindən çıxarılıb. Onun yerinə təhsil naziri Mikyıl Cabbarov təyin edilib.

Təhsil-press.az

Oxşar xəbərlər