BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib

BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib Barama İnnovasiya Mərkəzi, Azercell və Paşa Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün şans olan "Science via Media" layihəsi uğurla tamamlanıb və qaliblərə mükafatlar təqdim edilib.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qaliblərin məyyən edilməsi Youtube kanalı və münsiflər tərəfindən verilən ballar əsasında müəyyən olunub.
Barama İnnovasiya Mərkəzinin direktoru İmran Bağırov tədbiri açaraq "Science via Media"nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanan video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edən gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd edib.
"Science via Media" layihəsinin bağlanış mərasmində “Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakultəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video blogger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə keçirilib. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.
Sonda Nigar Abbasova, Vüsalə Hacıyeva “Məchul” mövzusuyla 1-ci yer, Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” mövzusuyla 2-ci yer, Nurlan Salamov isə “Klonlama” mövzulu 3-cü yerin sahibi olublar.
Qeyd edək ki, "Science via Media" layihəsi yarış formatında baş tutub və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul edib.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 19 fevral 2018-ci il.

Hikmət Əliyev


BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilibBDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilibBDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib

Oxşar xəbərlər