1 dekabr 2017-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kooperasiya Universitetinin təşkilati dəstəyi ilə “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin son təlimi, bağlanış və mükafatlandırma mərasimi keçirilib. Layihənin son günündə Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, “Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universitetinin"İdarəetmə fakültəsi"nin dekanı dosent Nadir Kərimov, "İqtisadiyyat fakültəsi"nin dekanı, dosent Elşən İbrahimov, "Ekspertiza və texnologiya fakültəsi"nin dekanı, dosent Möhübbət Hüseynov və 240 nəfər tələbə iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan "Gənc Kooperatorların II Liderlik Məktəbi” layihəsinin rəhbəri, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov layihə iştirakçılarını salamlamış, üç gün ərzində layihədə iştirak edən gənclərə və qonaqlara təşəkkürünü bildirmişdir. Sonuncu təlimin mövzusu ilə bağlı məlumat verən layihə rəhbəri qeyd etmişdir ki, demək olar ki, layihə uğurla baş tutmuşdur. Üç gün ərzində həyata keçirilən layihədə gəncləri maraqlandıran bütün suallara təlimçilər və qonaqlar tərəfindən dolğun cavablar verilmiş, iştirakçıların aktivliyi bütün günlərdə hiss olunmuşdur. Sonra çıxış edənlər, univeritetin Tədris İşləri üzrə prorektoru, dosent Fikrət Quliyev, İqtisadiyyat fakültəsinin dekanı, dosent Elşən İbrahimov qeyd etdilər ki, layihənin keçirilməsi gənclərin intellektual potensiallarını üzə çıxarmaq, gənclər arasında özünüdərk prosesini sürətləndirməyə hesablanmışdır. Hazırda ölkədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər siyasəti mövcuddur ki, bu da gənc liderlərin yetişdirilməsi üçün maksimum münbit şəraitdir. Yaradılmış şəraitin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri sözün həqiqi mənasında, özlərini yüksək intellektual səviyyədə inkişaf etdirə bilirlər. Sonra layihənin təlimçisi, Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsinin dekanı, dosent Nadir Kərimovun rəhbərliyi ilə layihənin sonuncu təlimi keçirilb. Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Layihənin bağlanış mərasiminin sonunda isə 40 nəfər fəal layihə iştirakçısına və təlimçilərə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun imzası ilə xüsusi Fəxri fərmanlar təqdim olunub.
Mətbuat Xidməti
Mətbuat Xidməti