İordaniya beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəkləyir.
Təhsil-press.az-ın məlumatına görə, bunu Baş nazir Artur Rasi-zadə bu gün ölkəmizdə səfərdə olan İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılığı ilə nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanla İordaniya arasında siyasi münasibətlərin dövlət başçıları səviyyəsində daim inkişaf etdiyini vurğulayan A.Rasi-zadə, həmçinin ölkələrimiz arasında turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın mövcudluğunu nəzərə çatdırıb. İkitərəfli faydalı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu xatırladan A.Rasi-zadə qonaqların Bakıya səfərinin də qarşılıqlı təcrübə və fikir mübadiləsi baxımından səmərəli keçəcəyinə, həmçinin əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Beynəlxalq terrorizm, ekstremizm və etnik separatçılıq meylləri ilə mübarizə kontekstində Ermənistanın hərbi təcavüzkarlıq siyasətinə toxunan Baş nazir İordaniyanın beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəklədiyini, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduğunu məmnunluqla qeyd edib.
İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh öz ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, regionun ən inkişaf etmiş zəngin ölkəsi ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini deyib.
Daha sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya idmançılarının da geniş heyətlə iştirakını xatırladan Atef Yusif Saleh əl-Taravneh, bu iri miqyaslı beynəlxalq idman tədbirinin xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcəyini vurğulayıb.
Təhsil-press.az