Azərbaycan nefti yenə ucuzlaşıb

Azərbaycan nefti yenə ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 66,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,38 dollar/barel azdır. Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 65,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 28-də 61,9 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 28-də 65,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər