Azərbaycan neftinin SON QİYMƏTİ haqqında

Azərbaycan neftinin SON QİYMƏTİ haqqında CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 58,62 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,76 dollar/barel azdır. Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 57,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 29-da 54,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 29-da 57,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Təhsil-press.az

Oxşar xəbərlər