“Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə göstərişi ilə biz Abşeron rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün iki korpusdan ibarət 12 mərtəbəli bina tikmişik. Həmin ərazidə üçüncü korpusun inşası bu il başa çatdırılacaq”.
Bu barədə Baş nazirin müavini Abid Şərifov bildirib.
Onun sözlərinə görə, bu binalarda hər iki valideynini itirmiş uşaqlar yerləşdirilirlər:
“Bu qəbildən olan uşaqlarla bağlı iki il əvvəl qanun qəbul olundu və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edildi. Həmin qanuna əsasən, hər iki valideynini itirmiş uşaqların təhsil haqlarının hamısı dövlət tərəfindən ödənilir. Xırdalanda tikilən həmin iki korpusdakı mənzillər təmirli olmaqla yanaşı, məişət əşyaları ilə də tam təchiz edilib. Həmin binada yaşayan gənclər ailə qurublar, üç il ərzində 30-dək uşaq dünyaya gəlib”.
Tehsil-press.az