Nazir: Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər

Nazir: Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər Azərbaycan və Mərakeş bir sıra əsas sahələrdə əməkdaşlığı davam etdirəcəklər.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə birgə mətbuat konfransında deyib.
E.Məmmədyarov qeyd edib: "Biz kənd təsərrüfatı, energetika sahələrində əməkdaşlığı, həmçinin ölkələrimizin özəl sektorlarının nümayəndələri arasında əməkdaşlığın zəruriliyini müzakirə etdik".
Nazir vurğulayıb ki, Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində bir-birinə böyük dəstək verir.
Qeyd edək ki, Azərbaycanla Mərakeş Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin dekabrında qurulub.

Tehsil-press.az

Oxşar xəbərlər