Alp dağlarının ətəyində qeyri-adi ada

Alp dağlarının ətəyində qeyri-adi ada Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yer alan Bled adası bənzərsiz gözəlliyi hər kəsi heyran edir.
Mənzərəsi ilə hər kəsi heyran edən Bled gölü və gölün ortasındakı eyniadlı ada paytaxt Lyublyanadan təqribən bir saatlıq məsafədə yerləşir.
Bled gölü Buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar edilməyib.
Adada bir kilsə və 99 pillədən ibarət pilləkən var. Bəyin gəlini bu 99 pilləni qucağında qaldırmasının yeni cütlüklərə xoşbəxtlik gətirəcəyi ilə bağlı inanc var.
Hazırda Bled gölü və adası Sloveniyaya gələn turistlərin ən çox üz tutduğu yerlərdən biridir.

Tehsil-press.az

Oxşar xəbərlər