Bakıda yenidən "Qu gölü" olacaq

Bakıda yenidən Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, klassik balet sənətinin parlaq nümunələrindən biri olan "Qu gölü" tamaşası uzun illərdir ki, teatrın repertuarındadır və baletsevərlər bu tamaşada əsas rollarda yerli sənətçilərlə yanaşı, xarici ölkələrdən dəvət olunmuş balet ulduzlarının çıxışlarını da hər zaman maraqla izləyirlər.
Oktyabrın 22-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada Odetta-Odilliya partiyasını ilk dəfə balet truppasının gənc solisti Ayan Eyvazovanın ifa etməsidir. A.Eyvazova truppanın ən ümidverən solistlərindəndir. O Respublika Prezidenti mükafatçısı, balet artistlərinin 2014-cü ildə Berlində (Almaniya) keçirilən müsabiqəsinin bürünc medalının qalibidir.
Tamaşada onun tərəf müqabili kimi truppanın aparıcı solisti Makar Ferştandt (Şahzadə Ziqfrid) çıxış edəcəkdir. Digər əsas rollarda Əməkdar artist Samir Səmədov (Rotbart), Kamran Qurbanov (Təlxək) və b. çıxış edəcəklər. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər