ABŞ-da Müqəddəs Lavrentiya çayında yerləşən Cast-rum-inaf (Just room enough ) adası nın dünyada ən kiçik yaşayış adası hesab edilən Bişop-rok-dan daha kiçik olduğu məlum olub. Virtualaz.org xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Adanın ümumi sahəsi 306,6 kvadrat metr təşkil edir. 1950-ci ildəamerikalı Sayzlend ailəsi onu əldə edib. Yeni sahiblər orada kiçik bağ evi tikib və ağac əkiblər. Qalan kiçik sahədə isə artırmadan əvvəl piknik üçün üç kreslo güclə yerləşdi.
Məhz Sayzlendlər adanı “Just room enough” adlandırıblar,ona qədər isə Xab adlanıb. Bu ada ən kiçik ada kimi Ginnesin Rekordlar kitabına düşən Bişop-rokdan daha kiçikdir. Bişop-rok Britaniya yarımadası Kornouldan 45 kilometr aralıda, Atlantik okeanında yerləşir. Orada XIX əsrdə 49 metr hndürlükdə mayak tikiblər.
Ölçülərdən başqa, o həm də 1875-ci ildə qarşısında yelkənli alman gəmisi "Şıller"in batması ilə də məşhurdur. Həmin dövrün ən böyük gəmisi hesab olunan “Şiller”də 335 sərnişin və komanda üzvləri həlak olub.
Təhsil-press.az