Tokio dünyanın ən vicdanlı şəhərlərindən biridir

Tokio dünyanın ən vicdanlı şəhərlərindən biridir Ötən il Tokionun sakinləri və qonaqlar tərəfindən fantastik məbləğdə - 3 milyard 424 milyon 11 min 977 yen itirilib. Söhbət həmin şəxslərin market, nəqliyyat vasitələri və digər ictimai yerlərdə unutduğu və digər sakinlər tərəfindən tapılaraq polisə təhvil verilən məbləğdən gedir. Hazırda mövcud olan məzənnəyə görə bu, təqribən 32 milyon ABŞ dollarına bərabərdir.
Həmin statistika paytaxt sakinlərinin və turistlərin unutqanlığı barədə deyil, eyni zamanda yaponların nə dərəcədə vicdanlı olması barədə faktı da təsdiqləyir. Tokio şəhərinin polis departamenti hər il bu barədə yeni rekordları dərc edir. Əvvəlki illə müqayisədə 2015-ci ildə tapılan məbləğ 2,5 faiz artıb. Tapılan pul qablarının müəyyən hissəsi itki barədə polisə müraciət edən sahiblərinə qaytarılır. Qalan məbləğ isə dövlət büdcəsinə köçürülür. Burada diqqəti cəlb edən əsas məqam hər şeyin vicdanla və aşkar şəkildə həyata keçirilməsidir.


Tehsil-press.az

Oxşar xəbərlər