Məmura pul “atana” hökm oxundu

Məmura pul “atana” hökm oxundu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmova hökm oxunub.
Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərqanə Babayeva və yoldaşı Ramin Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər