Meksikanın Mexiko ştatının Naukalpan şəhərinin ən böyük və tanınmış Naukali parkında ölkəmizin Meksikada Səfirliyinin təşkilatçılığı və Naukalpan şəhəri Hökumətinin dəstəyi ilə “Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü” keçirilib.
Tədbirdə Naukalpan şəhər sakinləri, həmçinin bir sıra ölkənin Meksikada səfirləri və digər diplomatik korpus nümayəndələri iştirak edib.
Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqları salamlayaraq Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini dedi. O, bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq, və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini bildirdi. Azərbaycanın müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğuladı.
Bu kimi tədbirlərin tez-tez keçirilməli olduğunu deyən diplomat beləliklə Meksika və Azərbaycan xalqlarının bir-birinin zəngin mədəniyyət və ənənələri ilə tanış olmaq imkanını əldə etdiyini dedi. O, Novruzun turistlər arasında ən populyar bayramlardan biri olduğunu bildirərək Azərbaycanda turist sayının ildən ilə artdığını qeyd etdi və tədbirin qonaqlarını ölkəmizə səfər etməyə çağırdı. Ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində xüsusilə son illər Azərbaycanda turistik infrastrukturunun sürətli inkişafından söz açdı. M.Talıbov hər bir Meksika vətəndaşının ASAN Viza internet səhifəsinə daxil olaraq üç sadə addımın yerinə yetirilməsindən sadəcə üç saat sonra elektron viza əldə edə biləcəyi barədə xəbər verdi.
Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz Bayramı ilə bağlı ölkəmizdəki adət və ənənələrlə tanış oldu, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verildi, materiallar paylanıldı. “İpək Yolu” yerli rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirildi, musiqisi səsləndirildi.
Tədbirə qatılan Naukalpan şəhəri sakinləri tədbirə böyük maraq göstərdi. Novruz Bayramı zamanı bütün uşaqlar tərəfindən sevilən “Yumurta döyüşdürmə” ənənəsi Meksika uşaqları tərəfindən böyük sevinclə qarşılandı.
Tədbirin qapanma mərasimi zamanı Naukali parkının Administrasiyası ölkəmizin mədəniyyəti ilə tanış olmaq üçün bu imkana görə Azərbaycan tərəfinə təşəkkür etdi.
Tehsil-press.az