Kiyev meriyasının binasında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, İraq və Qırğızıstanın Ukraynadakı səfirliklərinin birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş sərgi və konsert keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən Təhsil-press.az-a verilən məlumata görə, Ukraynanın dövlət və hökumət rəsmilərinin, diplomatık korpus nümayəndələrinin qatıldığı bayram tədbirində Azərbaycanın Ukraynandakı səfirliyinin müşaviri Elman Bağırov, Türkmənistanın səfiri Nurberdi Amanmuradov, Türkiyənin baş elçisi Yönet Can Tezel və digər ölkələrin səfirləri çıxış edərək, vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Novruz bayramı dünyada sülhün və əmin-amanlığın, həmrəyliyin və birliyin rəmzinə çevrilib.
Bayram tədbirində Ukraynada fəaliyyət göstərən Azərbaycan, türk, özbək, İraq, qırğız, qazax və digər xalqların milli rəqs və mahnı ansambllarının ifasında rəngarəng konsert proqramı təqdim olunub.
Şənlikdə tədbirə qatılan səfirliklər təmsil olunduqları xalqların Novruz adət-ənənələrini özündə əks etdirən sərgi nümayiş etdiriblər.
Təhsil-press.az