1918-ci il mayın 28-də Şərqdə, Azərbaycanda ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub. Həmin gün xalqımızın tarixinə çox böyük əhəmiyyətli bir hadisə kimi daxil olub. Demokratik dövlətin formalaşmasında Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və başqaları fəal iştirak ediblər. Yenicə yaranmış AXC-nin dövlət idarəetməsində və ictimai proseslərdə iştirak etmələri üçün ixtisaslı milli kadrlara böyük ehtiyacı var idi. Bu kadrların hazırlanması məqsədilə AXC dövründə Azərbaycandan xarici ölkələrin ali təhsil müəssisələrinə yüzdən çox tələbə göndərilib. Azərbaycan Respublikasının Dövlət Arxivində dövlət və ya öz hesabına xaricə göndərilmiş, ümumilikdə 101 tələbənin şəxsi işi qorunub saxlanılmaqdadır. Bu tələbələrdən 23-ü İtaliya, 45-i Fransa, 2-si Almaniya, 10-u İngiltərə, 9-u Türkiyə, 12 nəfəri isə Rusiyanın müxtəlif ali təhsil müəssisələrinə (Moskva, Kiyev, Don, Xarkov və digər şəhərlər) göndərilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Azərbaycan təhsilində tarixi varislik” sərlövhəli məqaləsində AXC-nin təhsil siyasətindən bəhs edilir. Tehsil-press.az həmin məqaləni təqdim edir.
Məqalədə müəllif Cümhuriyyət dövründə xaricdə təhsil almış tələbələr haqqında arxiv materialları əsasında qeydlərini və AXC-nin təhsil siyasəti ilə Ümummilli liderimiz Heydər Əliyevin təhsil siyasəti arasındakı tarixi varisliyi diqqətə çatdırır.
Bildirilir ki, 1919-cu ilin sentyabrında AXC-nin Xalq Maarifi Nazirliyi ali təhsil almaq üçün yüzdən çox azərbaycanlı gəncin xarici ölkələrə göndərilməsi təklifini irəli sürüb. Bu layihənin büdcəsi hər tələbəyə 36 min rubl və nəqliyyat xərcləri olaraq beş min rubl nəzərdə tutulmaqla dörd milyon rubl təşkil edib. 1920-ci il yanvarın 14-də tələbələr təhsil almaq üçün Avropa ölkələrinə yollanıblar. Yolasalma mərasimi təmtəraqlı təşkil edilib. Kürdəmir, Hacıqabul, Yevlax və Gəncə dayanacaqlarında adamlar gələcək tələbələri salamlayırlar. Tiflisdən Batuma yollanmaq üçün gələcək tələbələrə xüsusi vaqon ayrılır. Onlar sonra İstanbula, oradan isə Romaya yollanacaqdılar. Romada gəncləri Gürcüstan səfirliyinin əməkdaşları qarşılayırlar. Nəhayət fevralın 11-də 78 gənc (digərləri Türkiyə və Rusiyaya təhsil almaq üçün göndəriliblər) Parisdə Leon vağzalına yollanırlar. 1919-1920-ci tədris ilində Avropanın bir sıra ali təhsil müəssisələrinə göndərilən bu 78 tələbədən əlavə üç nəfər (Ağa Əbdül Hüseyn Ələsgər oğlu Dadaşov, Mirzə Mir Mənsur Ümidov, Əjdər bəy Axundov) öz hesabına təhsilini davam etdirmək üçün həmin ölkələrə yollanıblar. Göndərilən tələbələrə məsrəf olaraq dövlət tərəfindən hər birinə ayda 400 frank olmaqla, üç min frank məvacib ayrılıb.
Parisdəki Azərbaycan nümayəndəliyinin əməkdaşları onları “Belmon” və “İyena” mehmanxanalarında yerləşdirirlər. Azərbaycan nümayəndəliyinin yerləşdiyi “Klyaric” mehmanxanasında nümayəndəliyə rəhbərik edən Əlimərdan bəy Topçubaşov təhsil alacaq gənclərə müraciət edərək böyük nitq söyləyib. Azərbaycanlı gənclər Fransa, İtaliya, İsveçrə, Belçika, İngiltərənin ali təhsil müəssisələrində təhsilə başlamazdan əvvəl Parisdə xatirə şəkli çəkdiriblər.
Dövlət hesabına göndərilən tələbələrin hər birindən iltizam alınırdı ki, ali təhsilini başa vurub geriyə dönən milli kadrlar dörd il ərzində hökumətin onlar üçün təyin etdikləri işdə müvafiq ixtisas üzrə işləməlidirlər (1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul olunan qanunun 2-ci bəndində nəzərdə tutulurdu).
Azərbaycanlı tələbələrin Avropada təhsil almasında həmin ölkələrin nümayəndələri də maraqlı idilər. AXC-nin Xalq Maarifi Nazirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanan, 1920-ci il 16 mart tarixli 3973 nömrəli məktubda qeyd edilib ki, İtaliyanın Qafqazdakı hərbi missiyası azərbaycanlı tələbələrin Qərbi Avropaya göndərilməsi zamanı meydana gələn bütün texniki problemlərin həllində bilavasitə iştirak ediblər. Buna görə missiyanın rəhbəri Q.Qabbe başda olmaqla hərbi missiya nümayəndələrinə Xalq Maarifi Nazirliyi adından təşəkkür ünvanlanıb. Təbii ki, bu dövrdə tələbələrin xaricdə qalması və yaşayış şərtləri ilə bağlı bir sıra maddi və texniki çətinliklər meydana çıxıb. Bunu tələbələrin Azərbaycan hökumətinin xaricdəki nümayəndəliklərinə göndərdikləri məktublardan müəyyənləşdirmək olar. Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri bu məsələlərin həllində xüsusi operativlik nümayiş etdiriblər. Göndərilən gənclər altı ay təqaüd və təhsil xərcləri üçün pul alırdılar.
Məqalədə bildirilib ki, AXC dövründə bir qrup tələbə bitirdikləri ali təhsil üzrə Azərbaycanda işləmək üçün Xalq Maarifi Nazirliyinə müraciət ünvanlayıblar. Paris Universitetində təhsil alan azərbaycanlı tələbə İshaq bəy Şeyxzamanov Azərbaycan hökumətinə ünvanladığı 1920-ci il 19 aprel tarixli müraciətdə Bakıda yenicə açılan hüquq fakültəsində dərs demək istədiyini bildirib. Bu müraciət əslində milli kadrların hazırlanması prosesində AXC-nin maarifçilik siyasətinin növbəti mərhələsini özündə əks etdirib. Lakin Cümhuriyyətin süqutu bu siyasətin həyata keçirilməsinə mane olub.
Bu siyasət bir neçə onillikdən sonra Azərbaycanın gələcək taleyini düşünən dövlət xadimləri və ziyalılarımız tərəfindən yenidən həyata keçirilib. XX əsrin 60-70-ci illərində Azərbaycanda müxtəlif ixtisaslar üzrə təhsil alan milli kadrlarımız ittifaq ölkələrinin aparıcı təhsil müəssisələrinə göndərilməklə ölkənin həyatında mühüm rol oynayan peşəkar mütəxəssislər kimi yetişiblər.
Bu proses Azərbaycan SSR-in yarandığı gündən XX əsrin 60-70-ci illərinədək olan dövrdə müəyyən zamanlarda da həyata keçirilib. 1965-1968-ci illərdə digər ittifaq ölkələri kimi Azərbaycandan da SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə kadrlar göndərilib. Azərbaycan bu illərdə ölkə üçün ayrılan tələbə kvotasını artıqlaması ilə yerinə yetirib və digər ittifaq ölkələrini bu baxımdan xeyli qabaqlayıb. Misal üçün, 1965-ci ildə Azərbaycanlı tələbələr üçün ayrılan 51 ixtisas yerinə 60 kadr göndərilib. 1965-ci ilin müsabiqədən kənar ayrılan yer kvotasında bu, ittifaq ölkələri arasında ən yüksək göstərici idi.
Müəllif diqqətə çatdırır ki, ulu öndər Heydər Əliyev Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə təyin olunandan sonra tələbələrimizin aparıcı təhsil müəssisələrində tədris və ixtisasartırma fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Yaradılan bütün süni maneələrə baxmayaraq, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə təhsil siyasəti daha fəal həyata keçirilib.
Təkcə 1972-ci ildə SSRİ-nin aparıcı təhsil müəssisələrinə 116 yer üzrə 400-dən çox birinci kurs tələbəsi yönləndirilib. Müvafiq olaraq, Moskva şəhəri üzrə 44 yerə 135, Sankt-Peterburqun təhsil müəssisələrinə 32 yer üzrə 84, digər ittifaq şəhərlərinə 40 yer üzrə 181 nəfər göndərilib. Azərbaycan SSR Ali və Xüsusi Orta İxtisas Təhsil Nazirliyinin imzaladığı 1973-cü il 14 iyun tarixli 234 saylı əmrdə SSRİ-nin qabaqcıl ali və xüsusi orta ixtisas təhsil müəssisələrinə birinci kurs üçün 131, hazırlıq mərhələsinə 16, digər ittifaq ölkələrinin təhsil müəssisələrinin yuxarı kurslarına keçid üçün 35 nəfərlik yer ayrılıb. Əmrə əsasən, Azərbaycan Dövlət Universitetinə müsabiqədənkənar on ixtisas üzrə 17 yer, Azərbaycan Neft-Kimya İnstitutuna 28 ixtisas üzrə 54 yer, Azərbaycan Politexnik İnstitutuna 29 ixtisas üzrə 61 yer, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna iki ixtisas üzrə iki yer, Azərbaycan Dövlət İncəsənət İnstitutuna dörd ixtisas üzrə altı yer, Azərbaycan Dövlət Konservatoriyasına iki ixtisas üzrə iki yer ayrılıb. 1974-cü ildə Azərbaycan SSR-ə müxtəlif ixtisaslar üzrə hazırlıq mərhələsinə 30 nəfər, birinci kursa isə 400 nəfər qəbul yeri ayrılıb. Ayrılmış yerlər müxtəlif ixtisaslar üzrə olub, geniş və hərtərəfli sahələri əhatə edib. Hüquq, fəlsəfə, riyaziyyat, astronomiya, defektologiya, bitkilərin mühafizəsi, iqtisadi kibernetika, hidroenergetika, maşınqayırma, sosiologiya, mühəndis geodeziyası, qara və əlvan metallurgiya sənayesi, siyasi iqtisadiyyat, kinematoqrafiya, sənətşünaslıq, musiqi və s. ixtisaslar üzrə SSRİ-nin bütün aparıcı ali təhsil müəssisələrinə qəbul aparılıb. Təhsil müəssisələrinə göndərilən azərbaycanlı tələbələr yüksək ixtisaslı kadr olaraq Azərbaycanın siyasi-iqtisadi və ictimai həyatında mühüm rol oynayacaq gələcəyin təminatçıları idilər. Bu proses nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycandan yüzlərlə tələbə SSRİ-nin aparıcı təhsil ocaqlarında yüksək ixtisaslı kadr kimi yetişmək imkanı qazanırdı. Belə ki, təkcə 1973-cü ilin hesabatına əsasən Moskva və Sankt-Peterburqun aparıcı təhsil müəssisələrinə ümumilikdə 142 plan yeri üzrə 135 ixtisaslı kadr təhsilə göndərilib.
Qeyd edilib ki, təhsil siyasəti sonrakı illərdə də davam etdirilib. 1976-1980-ci illərin beşillik planına əsasən Azərbaycanın ali təhsil müəssisələrinin pedaqoji heyətinin ixtisasartırması məqsədilə Moskva Dövlət Universitetinə həmin illər ərzində ümumilikdə 406 müəllim ixtisasartırmaya göndərilib.1976-cı ildə azərbaycanlıların SSRİ-nin ali təhsil müəssisələrinə yönləndirilməsi ilə bağlı tərtib olunan siyahıda Moskva üzrə 178, Sankt-Peterburq üzrə 128, digər regionlar üzrə 347 yer, ümumilikdə 653 yer ayrılıb. Bu onu göstərirdi ki, 1965-ci ildən ötən 11 il ərzində SSRİ-nin təhsil müəssisələrinə göndərilən tələbələrin sayı təxminən 10 dəfəyə qədər artıb.
Bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan təkcə ittifaq daxilində deyil, ittifaqdan kənarda yerləşən əcnəbi ölkə müəssisələri ilə də tələbə mübadiləsi aparıb. Bu mübadilə müxtəlif formalarda həyata keçirilib. 1969-cu ildə Çexoslovakiya (indiki Çexiya) və Polşadan olan tələbələrlə tikinti dəstələri üzrə mübadilə aparılıb. Azərbaycan KP MK-nın 1969-cu il 27 may tarixli 101 saylı qərarına əsasən Azərbaycan Neft-Kimya İnstitutu, Azərbaycan Politexnik İnstitutu və Azərbaycan Dövlət Universiteti Çexoslovakiyanın Kimya-Texnologiya İnstitutu, Çexoslovakiya Pedaqoji fakültəsi və Polşa Politexnik İnstitutu ilə birgə tələbə tikinti dəstələri yaradaraq, Azərbaycanın müxtəlif bölgələrində praktik fəaliyyətlə məşğul olmalı idilər. Eyni zamanda, Azərbaycan Neft-Kimya İnstitutu ilə Almaniyanın Frayberq Mədən Akademiyası, Drezden Texniki Universiteti, Qreyfsvaldt Universiteti və Macarıstanın Mişkolts Politexnik İnstitutu arasında istehsalat təcrübəsi çərçivəsində ötən əsrin 70-ci illərində mütəmadi tələbə mübadiləsi aparılıb.
Tehsil-press.az