ABŞ Dövlət Departamenti Kemerovoda yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib

ABŞ Dövlət Departamenti Kemerovoda yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib ABŞ Dövlət departamenti Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
"Biz Kemerovoda faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımızı veririk. Bu kədərli zamanda bizim fikirlərimiz Rusiya xalqı ilədir", deyə bəyanatda bildirilir.
Son məlumatlara əsasən, Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onların arasında çoxlu sayda uşaq var.

Tehsil-press.az

Oxşar xəbərlər