Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 37 nəfərə çatıb.
İndiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə zamanı təxminən 70-ə yaxın insanın itkin düşdüyü bildirilir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Jurnalistlərə açıqlamasında Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov bildirib ki, yanğın zamanı həlak olanların tanınmasına səhər saatlarından başlanılacaq.
Yanğının ticarət mərkəzinin 4-cü mərtəbəsində kino zallarının birində baş verdiyi bildirilir. Binadan 20 nəfər xilas edilib, 100 nəfər təxliyə olunub.
Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Ticarət mərkəzinin ümumi sahəsi 23 min kvadratmetrdir. Burada 250 avtomobil üçün dayanacaq, mağazalar, boulinq, uşaq mərkəzi və kinoteatrlar fəaliyyət göstərir.
***
"Ria Novosti"nin xəbərinə görə isə həlak olanların sayı 53 nəfərdir.
Tehsil-press.az