"Youtube"un işində problem yaranıb

Dünyanın bir çox yerində istifadəçilər "YouTube" videoservisinin işində problemlərin olduğunu bildirirlər.
Bu barədə internet-resursların işini izləyən "Downdetector" bildirir.
"Downdetector"un məlumatında deyilir: "2 aprel 2018-ci il saat 22:55:24-də Youtube-da problemlər var".
Daha çox videoservisin işləməsində problemlərin olduğunu ABŞ-da, Kanadada, Braziliyada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, İtaliyada, İspaniyada, Fransada, Belarusda, Ukraynada, Rusiyada bildirirlər.
"YouTube" arıtq bu məsələ ilə bağlı öz "Twitter" səhifəsində açıqlama verib. Videoservis bildirib ki, problemin aradan qaldırılması üçün işlər aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər