Müğənnilərimiz faciəni belə yad etdilər - Video

Müğənnilərimiz faciəni belə yad etdilər - Video Azərbaycanın “Eurovision” iştirakçısı- Dilarə Kazımova və Aysel Məmmədova (Aisel) Xocalı soyqrımı ilə bağlı yeni layihə təqdim ediblər.
Müğənni Dilarə Kazımova muğam ifaçısı Sahib Əsədli və piano ifaçısı Etibar Əsədli ilə bir araya gələrək “613” adlı mahnı ərsəyə gətiriblər və bəstəni ekranlaşdırıblar.
Sözügedən klip Etibar Əsədlinin rəsmi “Youtube” səhifəsində yayımlanıb.



Digər sənətçi Aisel isə muğam ifaçısı Vüqar Əliyev ilə bir araya gəlib. O, bu dəfə mahnı oxumayıb, pianoda ifa edib.
Cütlüyü kamançada Fəxrəddin Dadaşov müşayiət edib. Ekran işi Ayselin rəsmi “Youtue” səhifəsində dərc edilib.



Tehsil-press.az

Oxşar xəbərlər