“ABŞ-ın ötən həftənin sonunda tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün səhər saatlarından Rusiya fond bazarında çaxnaşma başlayıb. Sanksiyaya məruz qalmış oliqarxlara məxsus şirkətlər başda olmaqla, Rusiya şirkətlərinin səhmlərinin dəyərində ciddi eniş müşahidə edilir. Ən zəngin 50 rusiyalının sərvətində ümumilikdə 12 milyard dollarlıq azalma var”.
Bu fikirləri politoloq Şahin Cəfərli bildirib.
İki ölkə arasındakı mövcud vəziyyətin “qurbanı” olan oliqarxların imkanını dəyərləndirən ekspert rusiyalı biznesmen Oleq Deripaskanın durumunun isə çöküş kimi qiymətləndirilə biləcəyini söyləyib:
“Onun dünyanın ən böyük alüminium istehsalçılarından olan “RusAl” şirkəti Honkonq birjasında dəyərini yarıbayarı (50%) itirib. Şirkət texniki defolt riski yaşadığını elan edib. London fond birjası Deripaskanın digər şirkəti “En+ Group”un qiymətli kağızları ilə ticarət əməliyyatlarını dayandırıb”.
Ş. Cəfərlinin sözlərinə görə, valyuta birjasında da neqativ trend formalaşıb: “Rusiyada avronun məzənnəsi son ilyarımda ilk dəfə olaraq 2 rubldan çox bahalaşaraq 74 rublu, dollar isə 1,5 rubldan çox bahalaşaraq 60 rublu ötüb”.
Politoloqun fikrincə, bu sanksiyaların əvvəlkilərlə müqayisədə əsas fərqi odur ki, “qara siyahı”ya düşənlər ABŞ bank (dollar) sistemindən təcrid olunur:
“Bu isə o deməkdir ki, həmin fiziki və hüquqi şəxslərlə hər hansı biznes qurmaq, ticarət əməliyyatı aparmaq ABŞ vətəndaşlarına qadağan olunmaqla yanaşı, Avropa biznesi başda olmaqla, ABŞ-da biznesi olan, ABŞ bank sistemindən istifadə edən digər dövlətlərin şirkətləri, strukturları da onlardan uzaq duracaq. Uzaq durmayanlar isə ABŞ sanksiya qanununun tələbinə əsasən sanksiyaya məruz qalacaq.
Bu sanksiyalar hələ son deyil. Periodik olaraq siyahıya yanvarda açıqlanmış “Kreml hesabatı”nda adları olan digər şəxs və qurumlar da əlavə oluna bilər”.
Tehsil-press.az