"Azərbaycanda xəstəyə dərmanın allergik reaksiyasının yoxlanılması üçün dəridaxili sınağının vurulması üsulu geniş yayılıb, amma bu, doğru deyil. Dəriyə sınaq qoymaqla orqanizmin allergiya reaksiyasını təyin etmək düzgün deyil".
BunuTəhsil-press.az-a Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.
Onun sözlərinə görə, əhali üçün vacib məsələlərdən biri dərman preparatlarından istifadədir.
Baş allerqoloq deyib ki, bəzən dərman vasitələri insanda ağır fəsadlara gətirib çıxarır. Bunun ən ağır formalarından biri anafilaktik şokdur: "Orqanizmin dərman vasitəsinə reaksiyasını xəstədən soruşmadan ona sınaq vurulur. Bəzən valideynlər də uşaqlarına özbaşına antibiotiklər vurdururlar. Lakin bu, bəzən xəstədə ağırlaşmalar yaradır. Bunlardan biri də allergik reaksiyalardır. Kimsə baş ağrısı zamanı bir ağrıkəsici həb qəbul edir, ancaq sizi inandırıram ki, bəzən bir tablet aspirin insanın ölümünə səbəb olur. Digər ağrıkəsicilər də belədir. Əgər baş ağrıyırsa, bunun səbəbi nevroloji problemlər də ola bilər, buna həkim baxmalıdır. Buna görə də dərmanların qəbuluna ciddi diqqət edilməlidir".
Azərbaycan Tibb Universitetinin pediatr-allerqoloqu, professor Amaliya Əyyubova da bu gün Azərbaycanda antibiotiklərdən dəriyə sınaqların qoyulması hallarına rast gəldiyini deyib: "Hamiya müraciət edərək bildirirəm ki, 1970-ci ildən SSRİ-də səhiyyə naziri dərmanlardan dəridaxili sınağın qoyulmasını ləğv etdi. Söhbət xüsusilə allergik xəstəliklərdən gedir. Sübut edildi ki, istər bir ampula, istərsə də bir damcı iynə bədənə vurulduqda anında reaksiya verir, onlar arasında fərq olmur. Ona görə də sınağın qoyulması ləğv edildi. Digər tərəfdən, Azərbaycanda tibb bacıları sınağı dəri altına vurmurlar, onlar iynəni elə vururlar ki, o, daha dərinə-əzələyə qədər gedir. Bu zaman isə dəridə şişin əmələ gəlməsi təbiidir. Bildirirəm ki, sınağın tətbiqi 48 ildir ki, ləğv edilib. Azərbaycanda biz həkimlərin və tibb bacılarının günahıdır ki, "olmaz" demirik. Bu prosesi anamnezlə əvəz etmək olar. Xəstənin hansı qidaya, küləyə və ya başqa nəyə isə allergik reaksiyasının olduğu diqqətlə öyrənməlidir. Daha sonra sınaqsız antibiotiklədən istifadə edə bilərik".
Tehsil-press.az