DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər

DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər İsti havaya görə bu günlərdə geniş yayılan ağcaqanad əleyhinə dərmanlardan demək olar ki, hər yerdə geniş istifadə olunur.
İstifadə qaydası və ölçüləri fərqli olan bu dərmanların qiymətləri də fərqlidir.
İnsanların əksəriyyəti bu dərmanların təhlükəli olduğunu bilsələr də, istifadə etmədən yayı keçirməyin mümkün olmadığını deyirlər. Bəzi insanlar isə artıq neçə ildi istifadə etdiklərini orqanizmlərinin də buna öyrəşdiyini deyirlər.
Həkimlər son zamanlar ağcaqanad əleyhinə dərmanlardan zəhərlənənlərin sayının artdığını bildirirlər. Adi balaca dərman ilk baxışdan zərərsiz görünsə də, allergiyaya meyilli olan insanlarda bu vasitələr allergik reaksiyalara səbəb ola bilər. Dərmanın ilkin reaksiyaları dəridə səpgilər, allergik zökəm, asqırma ilə müşayiət olunur. Hətta insan həyatı üçün təhlükəli olan Kvinke ödemiyə də səbəb ola bilər.

Təhsil-press.az

Oxşar xəbərlər