Bakı Dövlət Universiteti Hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili almış, fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə “İlin tələbəsi” seçilmis, hazırda təhsilini Çinin Renmin Universitetində “Çinin biznes hüququ” üzrə magistr pilləsində davam etdirən Fərahim Hüseynzadə yeni bir uğura imza atıb.
Azərbaycan Təhsil Nazirliyi və Çin Xalq Respublikası hökumətinin qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində tam təqaüdlə təhsil alan F.Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdü və ən yüksək elmi mükafatına layiq görülüb.
Təhsil aldığı müddətdə ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən F.Hüseynzadə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin universitet üzrə birinci olmagı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan, eləcə də ermənistanlı tələbə həmkarlarını qabaqlamagı bacarıb.
Qeyd edək ki, Fərahim Hüseynzadə “Mən Azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə, Harada, Nə zaman” intellektual oyunu üzrə kuboklar sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi ve universitet liqası üzrə Azərbaycan çempionudur.

Hikmət Əliyev