Yanvarın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Fransanın Strasburq Universiteti, Türkiyənin Atılım Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin nümayəndələri ilə görüşüb.
Qonaqlarla müxtəlif birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparıldığını deyən K.Abdulla buna görə öz təşəkkürünü ifadə edib. Qonaqları görüş iştirakçılarına təqdim edən rektor onların hər birinin Azərbaycanla mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərindən danışıb.
Gürcüstan Təhsil Elmləri Akademiyasının akademiki, professor Teymur Caqonoşvili artıq bir neçə ildir ki, Gürcüstanda xüsusi hazırlıq proqramlarının tədris olunduğunu və bu proqramlar çərçivəsində azərbaycanlıların da gürcü dili, mədəniyyəti və tarixini öyrəndiklərini söyləyib. O, bildirib ki, Gürcüstan Texniki Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılması planlaşdırılır. Bu filialda master-klassların keçirilməsi, müxtəlif mübadilə proqramlarının reallaşdırılması nəzərdə tutulur.
Görüşün digər iştirakçısı-Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Ekhart Hötzel bildirib ki, dəyirmi masada müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etmək üçün böyük imkanlar var: “Bizim vəzifəmiz sərhədləri aşaraq bir-birimizə daha yaxın olmaqdır. Bizim multikulturalizmi inkişaf etdirməkdən başqa çıxış yolumuz yoxdur”. E.Hötzel ADU-nun rektoru K.Abdullanın Strasburq Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması barədə təklifinə də toxunub. O, bildirib ki, təmsil etdiyi universitetin rektoru bu təklifə müsbət cavab verib: “Hesab edirəm ki, bu mərkəzin Azərbaycan dili və mədəniyyətinin təbliğində xüsusi rolu olacaq”. Ona cavab olaraq K.Abdulla deyib ki, Strasburq Universiteti gözəl ənənələrə malikdir: “Biz xalqlarımız və universitetlərimiz arasında körpülərin daha da möhkəmləndirilməsinə çalışacağıq”.
Türkiyənin Atılım Universitetinin dekanı Ayfər Altay ADU ilə 2008-ci ildən bəri əlaqələrinin olduğunu söyləyib. O, bildirib ki, təmsil etdiyi universitet ilə ADU arasında birgə layihələrin həyata keçirilməsi üçün müvafiq addımlar atılacaq.
Gürcüstan Texniki Universitetinin professoru Quram Qventadze isə azərbaycanlı tələbələrinin səviyyəsindən razılığını ifadə edib. Professor onları yüksək dünyagörüşlü insanlar kimi xarakterizə edib.
Tbilisi Dövlət Universitetinin professoru, Gürcüstan Təhsil Elmləri Akademiyasının prezidenti David Qoçeridze Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfransının “Azərbaycan-Gürcüstan münasibətlərinin yaranmasında Heydər Əliyevin rolu” adlı bölmə iclasına hazırlıq məsələləri haqqında danışıb. Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlıq məsələlərinə də toxunan professor ADU-nun rektoru K.Abdullanı rəhbərlik etdiyi akademiyanın həqiqi üzvü seçilməsi münasibəti ilə təbrik edib və müvafiq diplom və mantiyanı rektora təqdim edib. Öz növbəsində K.Abdulla bu ada layiq görülməsindən məmnunluğunu bildirib və yüksək elmi nailiyyətləri ilə fərqlənən akademiyanın həqiqi üzvü adına layiq görüldüyü üçün qonağa öz təşəkkürünü çatdırıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti