Polşalı alimin Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirələri yekunlaşıb

Polşalı alimin Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirələri yekunlaşıb Polşanın Krakov İqtisad Universitetinin müəllimi Katarzyna Mikolajczyk “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında təhsil alan tələbələri üçün mühazirə oxuyub.
Qonaq müəllimin “Seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin bank sektorunun dövlət idarəçilik sistemindən bazar iqtisadiyyatına doğru inkişafı” və “Böhransonrası nizamlama tədbirlərinin xarici banklara, habelə onların xarici ölkələrdə yerləşən filial və törəmə müəssisələrinə təsiri” mövzusunda interaktiv formada təşkil olunan mühazirələri tələbələr tərəfindən maraqla dinlənilib. Hər iki mühazirədə bakalavriat tələbələri iştirak edib.
Polşalı qonağın “Mərkəzi və Şərqi Avropa banklarında xarici kapital: ölkənin bank sektoruna giriş (birbaşa xarici investisiya və özəlləşdirmə, bankların birləşdirilməsi və ya bir-birini udması yolu ilə), habelə onun xarici ölkələrdə yerləşən bankların səmərəlilik, effektivlik və stabilliyinə təsiri” son mühazirəsində isə MBA tələbələri iştirak ediblər.
Mühazirələr Mərkəzi və Şərqi Avropa ölkələrinin bank sisteminin tarixi, inkişafı, bank sektorunda özəlləşdirmə, bankların təsiri və bu kimi mövzuları əhatə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Polşalı alimin Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirələri yekunlaşıbPolşalı alimin Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirələri yekunlaşıbPolşalı alimin Biznes və iqtisadiyyat fakültəsinin tələbələrinə mühazirələri yekunlaşıb

Oxşar xəbərlər