İndoneziya səfiri ADU tələbələrinə mühazirə oxuyub

İndoneziya səfiri ADU tələbələrinə mühazirə oxuyub Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İndoneziya Araşdırmalar Mərkəzinin təşəbbüsü, professor Həbib Zərbəliyevin təşkilatçılığı ilə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənani ADU-nun indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan I-IV kurs tələbələrinə mühazirə oxuyub.
“İndoneziya XX əsrin sonları-XXI əsrin əvvəllərində” adlı mühazirə çərçivəsində səfir təmsil etdiyi ölkənin müasir tarixi haqqında ətraflı məlumat verib.
İnteraktiv formada təşkil olunan mühazirədə Pancasila fəlsəfəsi prinsipi, Şərqi Timor məsələsi, İndoneziya tolerant ölkə kimi və s. məsələlərə də toxunulub.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər