Təhsil naziri tapdığı pulu sahibinə qaytaran şagirdi "Təşəkkürnamə" ilə təltif edib

Təhsil naziri tapdığı pulu sahibinə qaytaran şagirdi İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonun məktəblisi Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib.
Nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər