Mustafayev: “Onu nə qədər qorumağa çalışsalar da dağılmağa məhkumdur”; Əhəd Məmmədli: “MDB-də qalmağa məcburuq” 27 ildir fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas qurucularından olan Ukrayna bu qurumla bütün əlaqələrini dayandırır. Mayın 2-də Ukrayna Təhlükəsizlik Şurasının iclasında ölkənin MDB koordinasiya orqanlarında iştirakının dayandırılması haqqında qərar qəbul olunub.
Ölkənin prezidenti Pyotr Poroşenko XİN rəhbərinə Ukrayna nümayəndələrinin MBD orqanlarından geri çağırılması haqqında sənəd hazırlamağı tapşırıb.
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə ərazisinə təcavüzündən sonra rəsmi Kiyev MBD-ni de-fakto tərk edib. Ondan 6 il öncə də buna oxşar hadisə yaşanıb. Belə ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana ordu yeritməsindən sonra rəsmi Tiflis MDB-dən çıxmaqla bağlı qərar verib.
Ekspertlər Kremlin “təlxəyi” funksiyasını yerinə yetirən Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin tez-tez MDB məkanında quberniyaların yaradılmasının vacibliyi barədə fikirlərinin təsadüf olmadığını bildirirlər. Əslində Rusiyanın da MDB-nin mənasız qurum olduğunu anladığı və bu birliyin timsalında yeni bir birlik yaratmaq niyyətində olduğu qeyd edilir.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, yarandığı ilk gündən MDB kağız üstündə olan bir qurum kimi tanınır: “Siyasi məqsədlərlə yaranmış bu birliyə üzvlərin əksəriyyətinin könüllü olmadan qəbul olunması da sirr deyil. SSRİ dağılandan sonra Rusiya keçmiş respublikaları nəzarətində saxlamaq və gələcəkdə keçmişdə olduğu kimi iqtisadi və siyasi asılılığı geri qaytarmaq məqsədilə MDB-ni yaratdı. Onun istəyindən asılı olmayaraq proyekt iflasa uğradı. Amma yenə də MDB-ni qoruyub saxlamağa strateji və həyati məsələ kimi baxır. Bu illər ərzində heç bir dövlət açıq şəkildə ölü bir ittifaqdan çıxmağını elan etməyib. Çünki Rusiyanın buna yanaşması, verəcəyi açıq və gizli reaksiyalar öncədən məlumdur. Ukraynanın bu gün belə bir addım atması isə təəccüblü qarşılanmamalıdır. Birincisi, Rusiya və Ukrayna faktiki müharibə vəziyyətində olan, bir-birini düşmən gözündə görən dövlətlərdir. Mən deyərdim ki, bu qərar hələ gec verilib və bir neçə il bundan qabaq verilməli idi. Verilən qərarı hüquqi prosedurlarla sona çatdırarsa, digər dövlətlərin də oradan gələcəkdə çıxması üçün yaxşı president olar. Qurumun bir dəfəlik ləğvi isə Rusiyanın özünün gələcək durumundan və regiondakı ölkələrə təsir imkanlarının necə olacağından asılı olacaq. Jirinovskinin dedikləri öz fikirləri kimi təqdim olunsa da çoxdan bəllidir və onun kimi bir neçə siyasətçi var ki, Kremlin qeyri-rəsmi dilidirlər. Rəsmilərin deyə bilmədikləri ifadələri, proyektləri və təhdidləri 25 ildən artıqdır ki, bəslədikləri Jirinovskilərin vasitəsilə edirlər. İndi də demək istəyirlər ki, MDB-ni istəməyəcəyiniz halda hər hansı müstəqilliyiniz də olmayacaq. Odur ki, mən belə bəyanatlardan sonra Jirinovskinin və ya digərlərinin üzərinə getməyin və iz azdırmağın tərəfdarı olmamışam. Sifarişçi məlumdur. Bu o demək deyil ki MDB Rusiyaya lazım deyil, əksinə, indiki durumunda dünyadan təcrid olma təhlükəsinin başının üstünü aldığı vaxtda hava-su kimi lazımdır. MDB heç kimə hər hansı xeyri olmayan, perspektivlərindən isə danışmağa dəyməyən bir qurumdur. Eyni zamanda bəzi dövlətlər, o cümlədən Azərbaycan böyük ehtimalla hələlik Rusiyanın verəcəyi reaksiyadan ehtiyat etdikləri üçün analoji addımı atmırlar. Söhbət ola biləcək təxribatlardan və gözləmədiyimiz addımlardan gedir. Onsuz da fəaliyyətsiz , dişsiz bir ittifaqdır. Bu günə kimi bizə heç bir xeyri olmayıb. Onu nə qədər qorumağa çalışsalar da dağılmağa məhkumdur. Bu illər ərzində Azərbaycan Qərb dünyası ilə daha çox iqtisadi əlaqələr yaradıb və bu yaxınlaşmanı gələcəkdə siyasi-iqtisadi müstəviyə də keçirdə bilər. Belə əlaqələrin qurulması , inkişaf etdirilməsi intesivləşdikcə MDB-dən uzaqlaşmağımız da eyni sürətlə davam edər”.
Politoloq Əhəd Məmmədli mövcud olduğu illər ərzində MDB-nin heç bir müsbət töhfələr vermədiyini vurğuladı: “Ukrayna çoxdan bu birlikdən çıxmalı idi. Hələ də Ukraynanın orda qalması anormal bir hal idi. Təcavüzə məruz qaldığı ölkənin, yəni Rusiyanın başcılıq etdiyi birlikdə Ukraynanın nə işi var? SSRİ dağılandan sonra MDB sırf Rusiyanın eqosunu təmin etmək üçün qurulan bir təşkilatdır. 27 ildə MDB-nin region dövlətləri üçün bir xeyri olmadı. Əksinə, illər keçdikcə bu birlikdə yer alan ölkələr arasında müharibələr, siyasi böhranlar daha da çoxaldı. MDB-dən istədiyini ala bilməyən Rusiya ardınca Avrasiya İttifaqını qurdu. Hələlik Rusiyadan ehtiyata görə MDB kağızda da olsa qalıb. Lakin Rusiya zəiflədikcə, regionda mövqelərini itirdikcə, MDB də bir təşkilat olaraq tarix olacaq. Azərbaycan Qarabağ məsələsinə görə MDB-yə daxil oldu və hələ də orada qalır. Başa düşülən mövqeydir. Rusiyadan çəkinirik, ona görə MDB-də qalmağa məcburuq. Lakin son 25 ildə MDB-də olmağımızın Azərbaycan üçün heç bir xeyri olmadı, Qarabağ problemi həll edilmədi. Bir sual ortaya çıxır ki, Azərbaycan niyə hələ də MDB-də qalıb? Onsuz da son illərdir Azərbaycanın bu qurumda fəaliyyəti formal xarakter daşıyır. Fikrimcə, Qarabağ problemini xeyrimizə həll edəndən sonra Azərbaycanı MDB ilə heç nə bağlamamalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
“Yeni Müsavat”