Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi xarici ölkə xalqlarının ədəbiyyatı ilə bağlı müntəzəm olaraq seminarlar təşkil edir.
Budəfəki seminar hind ədəbiyyatının görkəmli nümayəndəsi Rabindranat Taqora həsr olunub.
Seminarda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov R.Taqorun həyatı və yaradıcılığı ilə bağlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, R.Taqorun bütün həyatı və fəaliyyəti hind xalqının azadlığı uğrunda mübarizəsinə həsr olunub. On ikidən çox roman və povestin, otuzadək dram əsərinin, yüzlərlə poetik və mənsur şeirin müəllifi hind və benqal ədəbiyyatına yeni ruh gətirib. O, həm də novella janrının banisi hesab olunur. R.Taqorun “Ev və dünya”, "Fəlakət", "Qora" və başqa romanları dünyanın müxtəlif dillərinə tərcümə olunub. R.Taqor "Gitançali" şeirlər kitabına görə 1913-cü ildə Nobel mükafatına layiq görülən ilk asiyalı yazar olaraq tarixə düşüb.
Qeyd olunub ki, Azərbaycan ədəbi mühitinin R.Taqorla tanışlığının bir əsrə yaxın yaşı var. 1923-cü ildən başlayaraq onun əsərləri dilimizə tərcümə edilir və haqqında məqalələr yazılır. 1929-cu ildə onun “Fəlakət” romanı dilimizə tərcümə edilib, Mikayıl Rəfili bu münasibətlə məqalə yazıb. Bundan sonra da onun əsərləri dönə-dönə Azərbaycanda nəşr olunub. İlk dəfə asiyalı yazıçının Azərbaycanda səkkizcildlik əsərləri çapdan çıxıb. Müstəqillik dövründə də onun əsərləri nəşr edilir, haqqında araşdırmalar aparılır.

Hikmət Əliyev