Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması ilə bağlı qərarına münasibət bildirib.
Tehsil-press.az-ın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, ABŞ imza atdığı sazişə sadiq qalmır.
“İtirən ABŞ olacaq, çünki razılıq verdiyi sazişə sadiq qalmır. Beynəlxalq razılaşmaları istədiyiniz zaman pozmaq, istədiyiniz zaman imzalamaq olmaz. Bu sazişlə bağlı işlərin bir anda tərs getməsi sadəcə regiona deyil, bütün dünyaya və beynəlxalq iqtisadiyyata təsir edəcək. ABŞ bundan mənfəət götürə bilər, ancaq bir çox ölkə ciddi zərər görəcək. Niyə daha böyük böhranlara yol açırıq? Başqa böhranlara ehtiyacımız yoxdur. İmzalar atılıbsa, sadiq qalmaq lazımdır” ”, -deyə Türkiyə dövlət başçısı qeyd edib.
Tehsil-press.az