Krem reklamında birinci xanımdan istifadə etdilər - Ara qarışdı

Krem reklamında birinci xanımdan istifadə etdilər - Ara qarışdı Fransada “qırışıqlıq əleyhinə möcüzəvi təsiri olan krem” reklamında birinci xanım Bricit Makronun adından və üzündən istifadə edilib.
Daha sonra həmin firmanın dələduzluqla məşğul olduğu üzə çıxıb. Prezident Emmanuel Makronun özündən 24 yaş böyük xanımına olan maraqdan istifadə etmək istəyən firma müştərilərini aldadıb. Məhsul üçün 3,95 avro məbləğ müəyyən edən şirkət daha sonra müştərilərin adına əlavə olaraq 88 avro çek göndərib.
68 yaşlı zərərçəkən Anna-Mariya “Bricit Makron, Mişel Obama, Karla Bruninin şirkətin müştərisi olduğunu deyirdilər, mən də inandım” söyləyib.
Məsələdən xəbər tutan 64 yaşlı Bricit Makron krem firmasını dələduzluq etdiyinə görə məhkəməyə verməyə hazırlaşır.

Tehsil-press.az

Oxşar xəbərlər