Mayın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən bu ali məktəbin rektor əvəzi, professor Xalıq Yahudov Prezident İlham Əliyevin milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini diqqətə çatdırıb. Rektor əvəzi bildirib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir, bu, Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.
AMEA-nın Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi isə çıxışında Cümhuriyyətin tarixi aspektlərinə toxunaraq həmin vaxt regionda baş verən proseslərə diqqət çəkib. Onun sözlərinə görə, AXC-nin yaranmasında M.Ə.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O, M.Ə.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Ə.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. O, Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizədə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində M.Ə.Rəsulzadənin müstəsna xidmətlərindən söz açıb. Daha sonra AXC-nin fəaliyyəti və qısa vaxtda gördüyü işlərdən danışan S.Rüstəmova-Tohidi yeni yaranan dövlətə “Azərbaycan” adının verilməsinin tarixi əhəmiyyətini vurğulayıb.
Tarixçi alim çıxışında, həmçinin Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və Cümhuriyyətin digər qurucuları haqqında geniş məlumat verib.
Tədbirin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və AXC ilə bağlı film nümayiş etdirilib.

AzTU-nun Mətbuat Xidməti