Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Belqrad Universitetində “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda bölmə iclasları keçirilib.
Aprelin 25-də Minsk Dövlət Linqvistika Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda bölmə iclası keçirilib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.
Açılış nitqi ilə çıxış edən Minsk Dövlət Linqvistika Universitetinin rektoru, professor Natalya Baranova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsinə görə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkürünü bildirib və mötəbər tədbirin bir panelinin MDLU-da keçirilməyindən məmnunluğunu bildirib. Rektor bildirib ki, Azərbaycan-Belarus əlaqələrinin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olub və bu əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Qeyd edib ki,
Minsk Dövlət Linqivistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı da planlaşdırılıb.
Azərbaycan Respublikasının Belarusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov iki ölkə arasındakı əlaqələrin inkişafından söz açıb. Hər iki xalqın oxşar mədəniyyətə sahib olduğundan bəhs edən səfir bildirib ki, bu gün Azərbaycanda xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın inkişafı üçün lazımi hüquqi baza yaradılıb. Səfir qeyd edib ki, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur.
Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq mərkəzinin müdiri professor Məmməd Əliyev tədbirin mahiyyətindən danışaraq Ulu Öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın 11 ölkənin 13 universitetində keçirildiyini söyləyib. Qeyd edib ki, Ümummilli Liderin ölkəmizin çiçəklənməsi, xalqımızın həyat səviyyəsinin daim yüksəldilməsi və ən əsası müstəqilliyimizin qorunub saxlanılmasına hesablanmış uzaqgörən siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam edir və bu siyasi xətdə Azərbaycan-Belarus münasibətləri də xüsusi yer tutur. Professor həmçinin onu da xatırladıb ki, “Azərbaycan multikulturarilzmi” fənni dünyanın bir çox ölkəsi ilə yanaşı, Belarusiyada da tədris olunur və bu fənnə maraq olduqca böyükdür.
Sonra professor Məmməd Əliyev “Azərbaycanda dini tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və hazırda bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.
İclasda Azərbaycanın və Belarusiyanın müxtəlif universitetlərinin əməkdaşları məruzə ilə çıxış ediblər. Qeyd edilib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir.
Fəlsəfə və məntiq kafedrasının müdiri professor Baranov Nikolay Pavloviç çıxışında Heydər Əliyevin Azərbaycan-Belarus münasibətlərinin inkişafında mühüm və əvəzolunmaz rolundan bəhs edib. Bildirib ki, Azərbaycan – Belarus münasibətlərinin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir. Professor onu da qeyd edib ki, Azərbaycan Dillər Universitetinin xətti ilə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bu gün Vladivostokdan Lissabona qədər təbliğ olunur.
Şərq dilləri kafedrasının əməkdaşı Əbdülhəmid Ömər Məhəmməd və Çin dili və mədəniyyəti fakültəsinin tələbəsi Ernandes Leymi Xose yalnız regionda deyil, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş nümunəvi multikulturalizm modelindən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olan multikulturalizm və tolerantlıq ideyası bunun tam təzahürüdür.
ADU-nun Fəlsəfə və Sosial Elmlər kafedrasının dosenti, Şüküfə Cabarova "Heydər Əliyevin çıxışı, məntiqi ardıcıllıq və orator bacarığının nümunəsi kimi" adlı məruzəylə çıxış edib.
Konfransın işində Belarusiya Milli Texniki Universitetinin dosenti Bulıqo Elena Kazimirovna və Belarus Dövlət Universitetinin dosenti Kolik Aleksey Valentinoviç fəal iştirak ediblər.

ADU-nun Mətbuat Xidməti


Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Oxşar xəbərlər