28 May Respublika Günü münasibəti ilə Bakı Slavyan Universitetinin (BSU) xarici ölkələrdə yerləşən tədris və mədəniyyət mərkəzlərində silsilə tədbirlər baş tutub. Moskva Dövlət Linqvistik Universitetindədəki (MDLU) Azərbaycan dili və mədəniyyəti mərkəzində Respublika Gününə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı tədbir keçirilib. Mərasimdə MDLU-nun rəhbər işçiləri və universitetdə təhsil alan xarici tələbələr iştirak ediblər. BSU-nun bu universitet nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri, professor Bella Musayeva qeyd edib ki, bu bayramı Azərbaycanın müstəqilliyinin bərpası adlandırmaq olar və müstəqilliyin yeni mərhələsi məhz xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır. MDLU-nun Xarici ölkələrin tarixi və coğrafiyası kafedrasının müdiri, professor T.V. Brailovskaya ADR-in tarixi, bugünkü Azərbaycanın böyük uğurları haqqında danışıb. İnformatika kafedrasının müdiri, professor S.İ.Fisenko Azərbaycan-Rusiya ələqələrinin möhkəmlənməsi və inkişafı istiqamətində Ulu öndər Heydər Əliyevin Moskvada çalışdığı zaman bütün SSRİ, xüsusilə də Rusiya qarşısında böyük xidmətlərindən söz açıb. MDB ölkələrinin dil və mədəniyyət mərkəzlərinin müdiri V.N .Konev Bakı barədə təəssüratlarını iştirakçılarla bölüşüb, Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb. Tədbirin sonunda Azərbaycanın iqtisadi yüksəlişini, qədim və müasir Bakını, vətənimizin füsunkar təbiətini əks etdirən videofilm təqdim olunub.
Yekaterinburq şəhərində Rusiyanın birinci prezidenti B.Yeltsin adına Ural Federal Universitetinin Azərbaycan araşdırmaları mərkəzində Respublika gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfransda universitetin professor- müəllim heyəti, tələbələr və Azərbaycanın Yekaterinburq şəhərində baş konsul vəzifəsini icra edən İlqar İsgəndərov iştirak edib. Mərasimdə Azərbaycan araşdırmaları mərkəzinin və həmin universitetin kafedra müdiri, professor Aleksandr Nesterov, dosentlər Yuliya İvanova və Nataliya Novikova, həmçinin Azərbaycanşünaslıq üzrə təhsil alan rusiyalı tələbələr çıxış ediblər. Çıxışçılar müasir Azərbaycanın siyasi və iqtisadi uğurlarından danışıb, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinə dünya miqyasında örnək kimi yüksək qiymət veriblər. Tədbir iştirakçıları Azərbaycanla Rusiya arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin dərinləşməsinə böyük önəm verib, BSU ilə Ural Federal Universiteti arasında hərtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusilə qeyd ediblər.
Belarusiyada M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) nəzdində BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzi və Belarusiya Respublikasının Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Mərkəzin direktoru Salatın Mirzəyeva Azərbaycan dövlətinin qurulması və formalaşması, ölkəmizin iqtisadi yüksəlişi, tolerant mühit və multikultural dövlət siyasəti haqqında danışıb.Tədbirdə BDPU-nun birinci prorektoru S.İ.Kopteva, Belarusiyanın Azərbaycandakı sabiq səfiri N.Y.Patskeviç, Azərbaycanın Belarusiyadakı səfirliyinin müşaviri Zülfüqar Tanarverdi, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, “Zvezda” nəşriyyat evinin direktoru və baş redaktoru A.N.Karlyujeviç, Rusiya Ali Məktəblərinin Azərbaycan Assosiasiyalarının sədri Üzeyir Əliyev, Azərbaycan İcmaları Konqresinin gənclər bölməsinin rəhbəri Vüsal Cəfərov və başqaları iştirak ediblər. Sonda S.İ.Kopteva tədbir iştirakçılarına BDPU adından hədiyyələr təqdim edib.
BSU-nun Kiyev Milli Linqvistik Universitetindəki Azərbaycan dili və mədəniyyəti mərkəzində Respublika gününə həsr olunmuş tədbir keçirilib, stent-qəzet hazırlanıb. Qəzetdə 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olması vurğulanıb. Mərkəzin müdiri İntiqam Şıxızadə stend-qəzetlə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.
Respublika gününə həsr olunmuş növbəti tədbir BSU-nun Poltava Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində keçirilib. Mərkəzin müdiri Yaşar Alxaslı bildirib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Poltava Universitetinin prorektorları Yelena Çernyavskaya, Sergey Qarquşa və başqaları çıxış edərək Ukrayna və Azərbaycan arasında qurulan uğurlu strateji əməkdaşlıqdan söz açıblar. Mərasimdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Poltava Regional şöbəsinin nümayəndələri də iştirak ediblər. Tədbir çərçivəsində “Heydər Əliyev Ukrayna ədəbiyyatında və mətbuatında” adlı sərgi nümayiş olunub.

BSU-nun Mətbuat xidməti