Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olub

Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olub Mayın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər ilə görüşüb.
Prorektor Ə.Abdullayev qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ADU-da tədris olunan dillər, fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verib. ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisasının fəaliyyəti haqqında danışan Ə.Abdullayev tələbələrə İndoneziya dili, tarixi, ədəbiyyatı, coğrafiyası, siyasəti, adət-ənənələri, mədəniyyətinin öyrədildiyini diqqətə çatdırıb. O, ADU-nun İndoneziyanın bir çox universitetləri ilə əməkdaşlıq etdiyini bildirib. İndoneziyanın dövlət orqanlarından rəsmi nümayəndələrin daim ADU-da qonaq olduqlarını deyən prorektor Ə.Abdullayev İndoneziyanın Azərbaycandakı səfirliyi ilə sıx münasibətlərin qurulduğunu qeyd edib.
Daha sonra prorektor Ə.Abdullayev indoneziyalı jurnalistlərin ölkələrarası təhsil, mədəniyyət və digər sahələrlə bağlı suallarını cavablandırıb.

ADU-nun Mətbuat Xidməti


Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olubAzərbaycana gəlmiş indoneziyalı jurnalistlər ADU-da olub

Oxşar xəbərlər