Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənanini və İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvü İrqan Chariul Mahfizin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Professor Əfqan Abdullayev qonaqları salamlayıb və onları ADU-da görməkdən məmnunluğunu bildirib. O, 2007-ci ildə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində indoneziyaşünaslıq ixtisasının açıldığını, 2010-cu ildə isə İndoneziya Araşdırmalar Mərkəzinin yarandığını söyləyib. İxtisas haqqında ətraflı məlumat verən professor tələbələrin İndoneziya dili ilə yanaşı bu ölkənin ədəbiyyatı, tarixi, coğrafiyası və siyasi sistemini öyrəndiklərini diqqətə çatdırıb. Ə.Abdullayev 2008-2016-cı illərdə ADU-nun İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 24 tələbəsinin İndoneziya Respublikası tərəfindən təklif olunan təqaüd proqramları üzrə bu ölkədə təhsil aldığını bildirib.
Öz növbəsində Hüsnan Bəy Fənani universitetdə olmaqdan şad olduğunu deyib. O, Azərbaycan və İndoneziya arasında təhsil sahəsində mövcud olan əlaqələrin inkişafında ADU-nun xüsusi rol oynadığını vurğulayıb. Səfir İndoneziya dövlətinin təklif etdiyi təqaüd proqramlarında azərbaycanlı tələbələr arasında ADU-da təhsil alanlara daha çox üstünlük verildiyini diqqətə çatdırıb. O, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətini daha da genişləndirməyin əhəmiyyətli olduğunu qeyd edib.
Daha sonra çıxış edən İrqan Chariul Mahfiz səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edib. O, təhsil sahəsində ölkəsinin Azərbaycanla əməkdaşlığı artırmaq niyyətində olduğunu bildirib.
Sonra qonaqlar indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
ADU-nun Mətbuat Xidmti