Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubu "İslam Həmrəyliyi Ayı" adı altında yeni bir proqram-layihəyə start verib.
Aprelin 20-də layihə çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) ilk qonağı İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani olub. ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonağı salamlayaraq onu universitetdə görməkdən məmnunluğunu bildirib. Tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək belə görüşlərin davamlı olacağına ümid etdiyini deyən professor Ə.Abdullayev onların bu görüşdən zövq alacaqlarına əminliyini ifadə edib. Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətlərinin gündən-günə inkişaf etdiyini qeyd edən professor iki ölkə arasında iqtisadi, mədəni, o cümlədən təhsil əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra Ə.Abdullayev səfir H.Fənaniyə universitet adından təşəkkür məktubunu təqdim edib.
Səmimi qəbula görə təşəkkür edən səfir ADU-ya gəldiyi zaman özünü evindəki kimi hiss etdiyini bildirib. O, universitetin onun üçün doğma məkan olduğunu qeyd edib.
Daha sonra səfirin universitetin tələbələri ilə görüşü baş tutub.
Qonağı tələbələrə təqdim edən Tələbə Diplomatlar Klubunun sədri Ramin Həbibzadə bu görüşdən sonra tələbələrin İndoneziya haqqında daha çox məlumatlarının olacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev iştirakçıları salamlayaraq İndoneziyanın Azərbaycana yaxın ölkə olduğunu deyib. O, bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliy ili” elan edildiyini söyləyib və bunun da İndoneziya tərəfindən dəstəkləndiyini sözlərinə əlavə edib. Səfir H.Fənaninin ölkəmizdə bir il öncə diplomatik fəaliyyətə başladığını deyən Ə.Əliyev onun iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsində mühüm xidmətlərinin olduğunu vurğulayıb.
Daha sonra "İndoneziyanın islam həmrəyliyində rolu" mövzusunda çıxış edən səfir tələbələrlə görüşməkdən məmnun olduğunu bildirib. O, Azərbaycanın onun üçün doğma ölkə olduğunu deyərək, Qobustan və Atəşgaha getdiyini, Xəzər dənizinə heyran olduğunu qeyd edib. Tələbələrə İndoneziya haqqında məlumat verən səfir H.Fənani onun böyük ada dövləti olduğunu, əhalisinin sayına görə Çin Xalq Respublikası, Hindistan və ABŞ-dan sonra dördüncü yeri tutduğunu qeyd edib. İndoneziyanın zəngin və qədim tarixə malik olduğunu söyləyən H.Fənani ölkənin 1945-ci ildə müstəqillik əldə etdiyini iştirakçıların nəzərinə çatdırıb. İndoneziyanın əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğunu bildirən səfir ölkəsinin mədəniyyəti, iqtisadiyyatı, təhsili haqqında ətraflı məlumat verib.
Görüşün rəsmi hissəsindən sonra səfir tələbələr üçün xüsusi olaraq pianoda ifa edib.

ADU-nun Mətbuat Xidməti