Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
Qonağı salamlayan professor Ə.Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixi, tədris prosesi, beynəlxalq əlaqələri haqqında qonağa məlumat verən professor ADU-da tədris olunan dillər haqqında məlumat verib. O, universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin adıçəkilən ölkənin mədəniyyətini, tarixini, coğrafiyasını və dilini daha yaxşı mənimsəməsi məqsədi ilə fəaliyyət göstərən Hindi dili və mədəniyyəti Mərkəzindən söz açıb. Mərkəzin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdən söz açan Ə.Abdullayev Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələrin Hindistanda çap edilən “Namaste Baku” jurnalında məqalələrinin nəşr olunduğunu qeyd edib.
Hindistanın güclü dövlət olduğunu deyən professor ölkələrimiz arasında nəinki diplomatik, eyni zamanda digər sahələrdə də sıx əlaqələrin olduğunu vurğulayıb. O, birgə layihələrin həyata keçirilməsi nəticəsində səfirlik və universitet arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən səfir S.Rana ADU tələbələrinin hindi dilinə maraq göstərmələrini yüksək qiymətləndirib. O, universitetdə fəaliyyət göstərən Hindi dili və mədəniyyəti Mərkəzinin fəaliyyətinin genişlənməsinə səfirlik olaraq hazır olduqlarını qeyd edib. Səfir S.Rana birgə əməkdaşlıq nəticəsində Hindistandan da hindi dili müəlliminin gətirilməsi üçün imkanların olduğunu vurğulayıb. O, səfirlik və ADU arasında sıx əməkdaşlığın olduğunu deyərək birgə təşkilatçılıq nəticəsində universitetdə keçirilən tədbirlərdən söz açıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması və müəllim-tələbə mübadiləsi ətrafında müzakirələr aparılıb, müxtəlif fikirlər səsləndirilib.
Daha bir görüş isə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova ilə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski arasında keçirilib.
Qonağı salamlayan prorektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin nəzdində macar dilinin tədris olunduğunu deyib.
Səmimi qəbula görə təşəkkür edən səfir İ.Laslotski ADU-da macar dilinin tədrisini yüksək qiymətləndirib. O, təhsil sahəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətini qeyd edib.
Görüşdə, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri və ADU-ya yeni təyin olunacaq macar dili müəllimi ilə

bağlı müzakirələr aparılıb.
ADU-nun Mətbuat Xidməti
ADU-nun Mətbuat Xidməti