Azərbaycanda məşhur internet provayderi çökdü

Azərbaycanda məşhur internet provayderi çökdü Azərbaycanda internet və hostinq xidmətləri göstərən “Alfanet” şirkətinin fəaliyyəti dayanıb.
Günorta saatlarından etibarən “Alfanet” istifadəçiləri internetsiz qalıblar. Həmçinin, bu şirkətdən hostinq alan saytlar da işləmir.
Hazırda çoxlu sayda istifadəçi sosial şəbəkədə məlumat yayaraq şirkətdən şikayətçi olduqlarını bildiriblər.
Qeyd edək ki, şirkət hazırda zənglərə cavab vermir. Alfanet.az saytının da fəaliyyəti dayanıb.
Məsələ ilə bağlı şirkətdən hələlik heç bir açıqlama verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər