Azərbaycanda dərmanların onlayn axtarışı mümkün olacaq

Azərbaycanda dərmanların onlayn axtarışı mümkün olacaq Azərbaycanın “Online Group” startap şirkəti bu ilin sonunadək “Onlayn-aptek” modulunu “Doctormap” sisteminə inteqrə edəcək. Bu barədə Təhsil-press.az-a şirkətdən məlumat verilib. Bu modul apteklərin məlumat bazalarında dərmanların sadələşdirilmiş axtarışını təmin edəcək. İstifadəçi ona lazım olan preparatların qiymətlərini müqayisə edə biləcək. Bundan başqa, dərmanların ünvana çatdırılması xidməti də mövcud olacaq.

Təhsil-press.az

Oxşar xəbərlər