Mayın 31-də Rusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB-ın) sədri Leyla Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Əvvəlcə Leyla Əliyeva, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan nümayəndə heyətinin üzvləri Həştərxan şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda mərhum prezidentin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
L. Əliyeva Ulu öndərin adını daşıyan parkda şəhər sakinləri ilə görüşərək səmimi söhbət edib. Burada istirahət edən həştərxanlı uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub
Sonra Aleksandr Jilkin ilə Leyla Əliyevanın görüşü olub.
Qubernator Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını qubernator Aleksandr Jilkinə çatdırıb. O, Həştərxan tərəfinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirib. Yeni görüşlər təhsil, ekologiya və digər sahələrdə yeni layihələri müzakirə etmək imkanı yaradacaq.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bu münasibətlərin inkişafında Həştərxan vilayətinin xüsusi rolu var.
“Son onillikdə Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələri əhatə edən sənədlər imzalanıb. Bu sənədlər bizi daha da yaxınlaşdırır, birgə fəaliyyət üfüqlərini genişləndirməyə imkan yaradır. Prezidentin köməkçisi vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda əhəmiyyətli layihələr həyata keçirilib. O, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib”.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Nazir açılacaq yeni Biznes Mərkəzinin iqtisadi sahədə əlaqələrimizin daha da inkişafına kömək edəcəyini bildirib.
Görüşdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər şəxslər iştirak ediblər.
Daha sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub.
Əvvəlcə Leyla Əliyeva və mərasim iştirakçıları Mərkəzin həyətində ağac əkiblər.
Təməli 2016-cı ildə qoyulan mərkəzin birinci mərtəbəsində qida və tekstil sənayesi, tikinti materialları və digər sahələrdə ixtisaslaşmış 30-dan çox Azərbaycan şirkətinin məhsulları sərgilənir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.
Mərkəzlə tanış olan qonaqlara məlumat verilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Made in Azerbaijan” brendinin xaricdə tanıdılması istiqamətində görülən işlərdən biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda 2016-cı ildə təməli qoyulan və bu ilin may ayından tikintisi başa çatdırılan Azərbaycan Biznes Mərkəzidir. Mərkəzin birinci mərtəbəsində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulların sərgi salonu yerləşir.
Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz inşa edilmiş beşmərtəbəli mərkəzin sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zalı və restoranlar yerləşir. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək. Həştərxanda istifadəyə verilən Azərbaycan Biznes Mərkəzində Rusiya bazarına çıxarılacaq Azərbaycan məhsullarının təşviqi planlaşdırılır. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılarla uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək.
Xatırladaq ki, Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi 2016-cı ildə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə keçirilmişdi. Həmin ildə Bakıda da Həştərxan Biznes Mərkəzinin təməli qoyulmuşdu.
Tehsil-press.az