Xaləddin İsgəndərov Almaniyaya köçüb?

Xaləddin İsgəndərov Almaniyaya köçüb? Prezident İlham Əliyevin bu il mayın 17-də imzaladığı sərəncamla Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun Almaniyaya köçdüyünə dair məlumatlar yayılıb.
X.İsgəndərovun yaxın çevrəsi bu məlumatları təkzib edib. Sabiq icra başçısının Almaniyaya köçməsi xəbərlərinin yalan olduğu deyilib. X.İsgəndərov vəzifədən azad ediləndən doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndinə üz tutub. Sabiq başçı kənddə olduğu müddətdə ailə üzvləri Bakıda qalıb.
X.İsgəndərov dünənə qədər kənddə olub, bu gün isə Bakıya qayıdıb.

Tehsil-press.az

Oxşar xəbərlər